19 avqust 2025
77
Yeni səfir Fəxri və Şəhidlər xiyabanlarında -FOTO
Bununla bağlı İsrail səfirliyi məlumat yayıb.
"Səfir Ronen Krausz Fəxri xiyabanı ziyarət edərək, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, professor Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoydu.
Daha sonra Şəhidlər xiyabanında Vətən uğrunda canından keçənlərin xatirəsini ehtiramla yad etdi. Səfir, həmçinin Azərbaycanın yəhudiəsilli Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edərək, onun igidliyini və fədakarlığını dərin hörmətlə andı.
Bu səfər İsrail və Azərbaycanı birləşdirən ortaq dəyərlərin - yaddaşın, hörmətin və minnətdarlığın - güclü bir təcəssümüdür", - səfirliyin məlumatında qeyd olunub.
Oxşar Xəbərlər:

DİPLOMATİK KORPUSUMUZUN “AĞIR ARTİLLERİYALARI” – “Vurulmuşlar”, “mükafatlandırılmışlar”, “elit ailələr”...

İlham Əliyev yeni səfiriləri qəbul etdi

Mehriban Əliyevanın doğum günüdür

Prezidentin xüsusi nümayəndəsinin vəzifələri nə olacaq? - PA-da yenilik

İsraildə Azərbaycan səfirliyinin açılışı oldu - Foto
