19 avqust 2025
85
İran bu ölkələrlə sərhədə 130 kilometrlik divar çəkdi
Yenimeydan.info İranın İSNA xəbər agentliyinə istinadən xəbər verir ki, Mümini ölkənin şimal-şərq sərhədinə baxış keçirib.
Nazir bildirib ki, indiyədək təxminən 130 kilometr divar tikilib, 185 kilometrlik infrastruktur işləri tamamlanıb.
Qeyd edək ki, bir neçə ay öncə İranın güc strukturu səlahiyyətliləri Əfqanıstan və Pakistanın daxil olduğu şərq sərhədində ilin sonuna qədər 400 kilometrlik təhlükəsizlik divarının tikiləcəyini və divarın 103 kilometrinin artıq tikildiyini açıqlayıblar.
Tehran administrasiyası isə bəyan edib ki, Əfqanıstan-Pakistan sərhədində 4 metr hündürlüyündə beton divar inşa etməklə qanunsuz miqrasiya və rejim əleyhinə casusların ölkəyə girməsinin qarşısını almağı hədəfləyirlər.
Oxşar Xəbərlər:

İranda müharibə, Azərbaycanda narahatlıq: hazırlıqlı olmalıyıq

İranda siyasi böhran: İmpiçmentlər, istefalar, güc mübarizəsi - TƏHLİL

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir
Azərbaycana qarşı İrəvan-Tehran hərbi bloku - NƏ ETMƏLİ?

İRAN VƏ PAKİSTAN ARASINDA NƏ BAŞ VERİR? - Onillərdir davam edən münaqişənin təfərrüatları
