14 avqust 2025
93

ABŞ bombardmançıları Norveçə eniş etdi

 ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-1B Lancer" bombardmançı təyyarələri NATO müttəfiqləri ilə yüksək riskli təlimə başlamaq üçün 9 avqust 2025-ci ildə Norveçin Orland Hava Bazasına eniş edib.
Yenimeydan.info  xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Təlimlər “tap, sabitlə, izlə və hədəfə al” qabiliyyətlərinin çətin və yüksək təhdidli hava məkanlarında inkişaf etdirilməsi məqsədilə həyata keçirilib.
Ancaq təlimlərin Rusiyanın genişmiqyaslı “Zapad-2025” hərbi təlimindən yalnız bir neçə həftə əvvəl keçirilməsi NATO-nun “açıq mesajı” kimi qiymətləndirilib.