13 avqust 2025
84
Zelenski Alyaska görüşünə niyə dəvət edilməyib?
“Qafqazinfo”nun xarici mətbuata istinadən məlumatına görə, bu sözləri Ağ Evin sözçüsü Kerolayn Livit keçirdiyi brifinqdə deyib.
“Ukrayna Prezidenti Volodimir Zelenski Alyaskada Putinlə Tramp arasındakı görüşə niyə dəvət olunmayıb”? sualına Ağ Ev rəsmisi belə cavab verib: “Prezident Tramp görüşə Vladimir Putinin müraciətindən sonra razılıq verib”.
Livit əlavə edib ki, buna görə də bu görüşdə Ukrayna məsələsi üzrə danışıqlarda münaqişənin yalnız bir tərəfi təmsil olunacaq.
Qeyd edək ki, Tramp və Putin arasındakı görüş avqustun 15-də Alyaskada keçiriləcək.
Oxşar Xəbərlər:

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

Putinin Rusiyaya xəyanəti:Ukraynanı ABŞ-a “təslim etdi”
“Oval kabinet qalmaqalı” Avropanı ABŞ-dan qopartdı:Tramp-Putin sövdələşməsi “legitim”liyini itirdi
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT
Ərdoğan Qərbə baxır. Putin neyləyəcək - GƏLİŞMƏ
