29 iyul 2025
95
Almaniya hərəkətə keçdi: Elə zərbə dronları hazırlanır ki...
Almaniyada uzaq mənzilli zərbə dronlarının hazırlanması planlaşdırılır. Bu dronlar düşmən ərazisinin dərinliyindəki hədəfləri məhv etmək qabiliyyətində olacaq.YeniMeydan.info xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilir ki, Almaniya Hərbi Hava Qüvvələri bu istiqamətdə aparıcı müdafiə sənayesi şirkətlərinə və startaplara müraciət ünvanlayıb.
Hesabata görə, “Airbus Defence” şirkəti layihədə ABŞ-ın Kratos adlı startapı ilə birlikdə iştirak edir, Almaniyanın “Rheinmetall” şirkəti isə dron istehsalçısı “Anduril” ilə əməkdaşlıq qurub. Bundan əlavə, Münhen mərkəzli Helsinq startapı da layihəyə cəlb olunacaq.
Almaniya Müdafiə Nazirliyi bu layihəyə hazırlıq işlərinin aparıldığını təsdiqləyib və ilkin danışıqların keçirildiyini bildirib. Lakin rəsmi tenderin hələ elan olunmadığı qeyd olunub.
Oxşar Xəbərlər:

Avtomobil əvəzinə tank:Almaniya istehsalçıları çıxış yolunu tapıblar

Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” -ŞƏRH
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI