25 iyul 2025
94
Saxta cərrah Nigar Məhəmmədova xəstələri ölümcül hala salır:"Bədənim çürüyüb, qan gəlir"/VİDEO

Qaynar xəttinə daxil olan vətəndaş şikayəti əsasında araşdırma aparmışıq.
Fərizə Hacıyevanın dediyinə görə, onu özünü plastik cərrahiyə üzrə mütəxəssis kimi təqdim edən Nigar Məhəmmədova bədən şəkilləndirmə əməliyyatı edib və dərhal sonra bədəni çürüməyə başlayıb.
“Yanvarın 14-də “MedAura” klinikasında bədən şəkilləndirmə əməliyyatı keçirdim. Əməliyyatdan sonra bədənimdə fəsadlar yarandı. Qorxmağa başladım, həkimdən soruşanda yaxşı olacağını dedi”, – şikayətçi söyləyib.
Kanalın çəkiliş qrupu məsələyə aydınlıq gətirmək üçün adıçəkilən həkimin işlədiyi xəstəxanaya yollanıb. Tibb müəssisəsinin baş həkimi açıqlamasında onun artıq burada çalışmadığını bildirib.
Araşdırma zamanı məlum olub ki, Nigar Məhəmmədova hazırda Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi çalışır.
Daha sonra Baku TV-nin müxbiri əvvəlcə pasiyent kimi həkimin qəbuluna yazılıb, daha sonra isə Baku TV-nin əməkdaşı kimi xəstəxanaya daxil olub. Amma həkim çəkiliş qrupunu görəndə gizlənərək suallardan yayınıb.
Araşdırma nəticəsində o da məlum olub ki, “MedAura” klinikasında Nigar Məhəmmədovanın əməliyyat etdiyi Günay Məmmədova və daha bir neçə pasientdə də ciddi estetik və sağlamlıq problemləri yaranıb.
Bundan başqa, iddialara görə, həkimin “Mərcan” klinikasında əməliyyat etdiyi Rusiya vətəndaşı Arzu Sadıqova abdominoplastika əməliyyatı zamanı dünyasını dəyişib.
Səhiyyə Nazirliydən verilən məlumatda bildirilib ki, Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Fazil qızı Məhəmmədovanın adı yoxdur.
Yenimeydan.info olaraq qarşı ərəfin cavab haqqını tanıyırıq.
Oxşar Xəbərlər:

Qadağa tanımayan “CƏRRAH”LAR – Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir

“MedAura”da əməliyyatdan sonra şikayət: “Burnum çürüyür”-VİDEO

Plastik əməliyyat etdirən aktrisa: “Bədənimdən çirk axmağa başladı” – FOTO
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

“Expressbank” saxta reklamla insanları tora salır?