25 iyul 2025
84
Bu xəstəxananın baş direktoru işdən çıxarıldı -FOTO

"Qusar Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin baş direktoru Kamil Hacıyev vəzifəsindən azad olunub.
Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov əmr imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddiası yayılmışdı. Məlumata görə xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (onun həm də xəstəxana direktorunun həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq verib.
Oxşar Xəbərlər:

Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə bağlı sensasion faktlar açıqlandı

Şuşaya işıq çəkən sahibkarın 5 milyon manatını kim mənimsəyib?

Səhiyyə sisteminin VÜQAR XƏSTƏLİYİ... - BU NƏDİ BELƏ?
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI