07 iyul 2025
95
Putinin bu gün işdən çıxardığı nazir - İntihar etdi
Yenimeydan.info xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
“Roman Starovoytun cəsədi Odintsovo şəhərindəki evində tapılıb”, - məlumatda deyilir.
İlkin məlumata görə, 53 yaşlı Starovoyt intihar edib.
***
Rusiya İstintaq Komitəsi Roman Starovoytun güllə yarası ilə meyitinin tapıldığını təsdiqləyib. Bildirilib ki, keçmiş nazirin ölümünün əsas versiyası intihardır.
Həmçinin qeyd edilib ki, Starovoytun meyiti Odintsovo şəhər rayonunda şəxsi avtomobilində aşkar edilib.
“Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları hadisə yerində işləyir, hadisənin baş vermə şəraitini müəyyənləşdirir”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, R. Starovoyt bu gün Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Nəqliyyat Nazirliyinin rəhbəri vəzifəsindən azad edilib. Rusiya KİV-nin məlumatına görə, bu, bir müddət öncə yüzlərlə uçuşu dayandıran və sərnişinləri hava limanlarında gecələməyə məcbur edən Rusiya hava limanlarındakı xaosdan dərhal sonra baş verib. Nazirin işdən çıxarılması qərarının hadisə ilə bağlı olub-olmadığı məlum deyil.
Roman Starovoyt 2024-cü ilin mayından nazir vəzifəsini icra edirdi. Bundan əvvəl o, Kursk vilayətinin qubernatoru olub.
Oxşar Xəbərlər:
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

NÜVƏ MÜHARİBƏSİNİN BİR ADDIMLIĞINDA -Putinin “Rusiya olmayacaqsa, dünya niyə sağ qalmalıdır?!” məntiqi onun geri çəkilməyəcəyini deməyə əsas verir
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
