29 may 2025
96

Şabranda yol-nəqliyyat hadisəsi baş verib -Ölən var

 
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Yenimeydan.info xəbər verir ki, hadisə Şabran şəhəri, H. Əliyev prospektində baş verib.
Yol qəzası nəticəsində Şabran şəhər sakini, 1997-ci il təvəllüdlü Muradov Orxan Əliyoldaş oğlunun ölüb və Siyəzən şəhər sakini ,1996-cı il təvəllüdlü Kərimov Rəhim Bəybala oğlu xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.