25 may 2025
100
Türkiyə Suriyada hərbi bazalar qurur
Türkiyə Silahlı Qüvvələri terrora qarşı mübarizə çərçivəsində Suriyada hərbi bazalar qurmağı planlaşdırır.Yenimeydan.info xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti mənbələrə istinadla məlumat yayıb.
“Mənbələr Türkiyə Silahlı Qüvvələrinin İŞİD-lə mübarizə üçün Suriyada Hərbi Hava Qüvvələri və Hərbi Dəniz qüvvələrinin bazasını quracağını bildiriblər”, - nəşr yazıb.
Məlumata görə, Suriyada İŞİD-ə qarşı mübarizə çərçivəsində Türkiyə də daxil olmaqla beş ölkə arasında qruplaşma ilə mübarizə mexanizmini müzakirə etmək üçün müntəzəm görüşlər keçirilir.
Danışıqlarda başqa hansı ölkələrin iştirak etdiyi açıqlanmır.
Mənbələr bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında mümkün görüş Suriya münaqişəsində bir sıra əsas məsələlərin həllinə kömək edə bilər.
Oxşar Xəbərlər:

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...

Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq -ŞƏRH

Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək? - ŞƏRH
Ərdoğan Qərbə baxır. Putin neyləyəcək - GƏLİŞMƏ