20 may 2025
269
Daha 2 məktəb direktoru cəzalandırıldı
YeniMeydan.info xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektoru məlumat yayıb.
“Əmək fəaliyyətində yol verdikləri nöqsanlara görə Bakı şəhəri 275 nömrəli tam orta məktəbin direktoru Elnur Hüseynova və 278 nömrəli tam orta məktəbin direktoru Sevinc Hüseynovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Gələcəkdə analoji hallara yol verəcəkləri təqdirdə barələrində daha ciddi intizam tənbeh tədbirinin tətbiq ediləcəyi nəzərlərinə çatdırılıb”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, mayda aparılan monitorinqlər nəticəsində çalışdıqları məktəblərdə yol verdikləri nöqsanlara görə 3 direktor vəzifəsindən azad olunub.
Oxşar Xəbərlər:
“Azərenerji” ASC-nin 2 milyardlıq zərəri, milyardlıq krediti və sədrinin 1 töhməti var
“Sea Breeze” işində absurd son

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Mərkəzi icra hakimiyyəti orqanlarında çalışan 7 dövlət qulluqçusu işdən azad edilib

Lisey direktoruna şiddətli töhmət verildi: Müavin işdən çıxarıldı
