19 may 2025
209
400-dən çox stomatoloq TƏBİB-in qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır
Azərbaycanda fəaliyyət göstərən stomatoloqların qrupundan “Unikal”a bildirilib ki, may ayının 22-də 400-dən çox stomatoloq TƏBİB-in binasının qarşısında etiraz aksiyası keçirilməsi nəzərdə tutulub:
“Etiraz aksiyasına səbəb paytaxtda çalışan stomatoloqlardan aylıq 1 800 manat, regionlarda fəaliyyət göstərən həmkarlarımızdan isə 1 200 manat pul vəsaitinin tələb edilməsidir. Qeyd edilib ki, ödənişlər xəstələrdən alınan pullar hesabına yığılmalıdır. Vurğulayaq ki, bu pul vəsaitləri qeyri-rəsmi formada tələb olunur. Reallığa baxsaq, biz xəstələrdən o qədər ödəniş ala bilmirik. Bizim rəsmi maaşımız cəmi 500 manatdır.
İş prosesində bizə lazım olan tibbi vasitələri öz pulumuzla alırıq. TƏBİB bizə cəmi bir neçə tibbi vasitə təqdim edir, onlar da demək olar ki, istifadə olunmur.
Şəhər və rayon tibb mərkəzlərindən bizə bildirilib ki, bu ödənişləri həyata keçirməyən stomatoloqlar işdən azad olunacaqlar.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub vasitəsilə müraciət edəcəyik”, - deyə qeyd olunub.
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

COP29 gündəliyi - 18.11.2024

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
