15 may 2025
191
Vəzifəli şəxs küçədə vətəndaşı döydü – TƏFƏRRÜAT
Lənkəran şəhəri C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin təsərrüfat müdiri küçədə vətəndaşı döyüb.Hadisə şəhərin mərkəzində fəaliyyət göstərən bazarın yaxınlığında baş verib.Məktəbin təsərrüfat müdiri Cəmaləddin Əliyev (soyad şərtidir) küçə ilə gedərkən çiyni həmin ərazidə dərzi işləyən Samir adlı şəxsin çiyninə dəyib. Nəticədə, Samirlə onun arasında mübahisə yaranıb. Mübahisə zamanı Cəmaləddin Samirin sifətinə başla zərbə endirib. Samir xəsarətlə xəstəxanaya aparılıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.
Məhkəməyə qədərki dövrdə Cəmaləddin Samirə dəymiş ziyana görə təzminat ödəyib və barışıq əldə edib. Məhkəmə tərəflərin barışdığını nəzərə alaraq cinayət işinə xitam verib.
Oxu.az
Oxşar Xəbərlər:

Gənc müğənni Dilarə Mahmudova: “Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır”
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

BAŞ PROKURORLUQ NİYƏ YALAN MƏLUMAT YAYAN TALEH QARAŞOVA XƏBƏRDARLIQ ETMƏDİ?
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI