01 may 2025
125

Bakıda 2 ildir bağlı olan İran Bankı açıldı - Yenilənib

bakida-2-ildir-bagli-olan-iran-banki-acildi

İran Milli Bankının Bakı filialı (“Bank Melli İran-Baku”) fəaliyyətini tam bərpa edib.
Yenimeydan.info xəbər verir ki, bu barədə APA-ya filialdan məlumat verilib. 
Məlumata görə, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında “Bank Melli İran”ın Bakı filialında yoxlamalara başlamışdı. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı
***
“Mehr” agentliyinin məlumatına görə, İran Milli Bankının Bakı filialı Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına əsasən yenidən fəaliyyətə başlayıb.