29 aprel 2025
130
“PAŞA Bank” Mərkəzi Bankın kredit tələblərini pozub

“PAŞA Bank” ASC Azərbaycan Mərkəzi Bankının istehlak kreditlərinin məcmu həcmi ilə bağlı tələblərini pozub.
Trib
unainfo.az AMB-yə istinadən xəbər verir ki, “PAŞA Bank” ASC tərəfindən mart ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nın 4.8-ci bəndinin tələbi ilə müəyyən edilmiş, müddəti 5 (beş) il və ondan artıq olan istehlak kreditləri üzrə kredit tələblərinin maksimum məcmu miqdarı normativinin pozulması aşkarlanıb.
Bu səbəbdən də “Banklar haqqında” Qanunun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “PAŞA Bank” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
Sözügedən pozuntu bankın maliyyə dayanıqlılığı üçün təhdid yaratmır.
Oxşar Xəbərlər:

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)

Prezident əfv sərəncamı imzaladı – SİYAHI