29 aprel 2025
97
Ermənistan sülhməramlılarını bu ölkədən çıxarır?
Ermənistan hökuməti sülhməramlı qüvvələrini Kosovodan çıxarmağı planlaşdırmır.
YeniMeydan.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
“Ermənistan beynəlxalq sülh gündəliyinə sadiqdir və bu, təkcə Cənubi Qafqaz regionuna deyil, bütün beynəlxalq ictimaiyyətə aiddir. Kosovoda iştirak edən sülhməramlılarımız Balkan regionunda sabitliyin qorunması və gərginliyin azaldılmasına yönəlmiş beynəlxalq səylərə töhfə verir”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Ermənistan sülhməramlı kontingenti BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə əsasən yaradılmış KFOR (Kosovo Təhlükəsizlik Qüvvələri) qüvvələrinin tərkibində yer alır.
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Görüş başlayır:“3+3” sülh platformasına çevriləcək? - ŞƏRH

VII çağırış Milli Məclisin deputatları – SİYAHI

YAP namizədlərinin adlarını açıqladı - Tam siyahı
Qarabağda mövcudluq Rusiyanın Güney Qafqazda mövcudluğu anlamına gəlir... - BUNA GÖRƏ DƏ...