25 aprel 2025
133
Türkiyədə ard-arda zəlzələ oldu
ürkiyənin Kütahya şəhərinin Simav rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.Yenimeydan.info xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yerli vaxtla saat 07:23-də baş verən zəlzələ yerin 8,81 kilometr dərinliyində meydana gəlib.
Bundan başqa, saat 07:29-da Simavda 3,9 bal gücündə növbəti yeraltı təkan meydana gəlib.
Tələfat və dağıntı qeydə alınmayıb.




