22 aprel 2025
106
ABŞ-də xanım nazir qarət edildi

Naməlum şəxs ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noemin çantasını oğurlayıb.
Bu barədə CNN hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Hadisə Vaşinqtonun mərkəzində, nazirin nahar etdiyi restoranda baş verib.
İddiaya görə, çantada sürücülük vəsiqəsi, dərmanlar, mənzil açarları, pasport, rəsmi sənəd, kosmetik çanta və təxminən 3000 dollar pul olub.
Nazirin təhlükəsizliyini təmin edən məxfi xidmətin əməkdaşları restoranın kamera görüntülərini yoxlayıb və çantanın tibbi maska taxan naməlum ağdərili şəxs tərəfindən oğurlandığını müəyyən ediblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Ölkədə 4 milyard dollarlıq kapital axını - Pul haradan gedib?

Gəncəni belə-belə QARƏT EDİRLƏR... - BU DA FAKT!!!

Masallı səhiyyəsi `GÜL VURUR`: Lal-kar olan adama `SAĞLAMDIR` arayışı verildi
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!