15 aprel 2025
70
DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başlayıb
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktub ilə əlaqədar həmin materiallar DTX-yə göndərilib.Yenimeydan.info xəbər verir ki, Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.
Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məlumatlara əsasən, 1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. (APA)
Oxşar Xəbərlər:
UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları
Hesablama Palatasının BDU-da aşkarladığı nöqsanlar açıqlanıb
Milli Məclisin yeni heyətində ONLARI ÇƏTİN GÖRƏK... - SİYAHI
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI