11 aprel 2025
25
1500 manatlıq diş faciəsi… “Həkim Elyar Quluzadə başıma oyun açıb”

Tribunainfo.az xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində zərərçəkən Nəzrin Süleymanlı yazıb. O bildirib ki, Elyar həkim ucbatından həm əsəbləri korlanıb, həm də ağrı və əziyyət çəkir:
“Bu həkim 2023-cü ilin aprelindən iyuna qədər diş müalicəmi bitirə bilmədi. Guya müalicə edib zirkon dişlər taxdı, amma nə düzgün ölçü götürə bildi, nə də müalicəni düz apardı. Dişlər 2 gün sonra çıxmalı oldu, üstəlik, sağlam dişlərimi də korladı.
Sonradan başqa həkimə getdim, təzə dişlər taxıldı. İndi isə əvvəlki səhv müalicəyə görə dişlərimdə kista yaranıb, yenidən müalicə başlayıb. Bunu ona bildirəndə mənə verdiyi cavab o oldu ki, endirimlə etmişəm, ona görə belə olub. Guya 1500 AZN təkcə müalicəyə ödəmişəm – bu endirimdirsə, bəs normalı nədir?
Deyir ki, “mən savadlı həkiməm.” Amma nə damaq korreksiyası edə bildi, nə də düzgün müalicə. İndiki həkimin düzəltdiyi dişlərlə onun dedikləri tam ziddiyyət təşkil edi”.
Rentgenlər, əvvəlki və hazırkı diş görüntüləri də var. Qərar sizindir – amma diqqətli olun!
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul



Oxşar Xəbərlər:

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

SUMQAYITDA BU YOL PROBLEMDİR – SƏBƏB (FOTOLAR)

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat