11 aprel 2025
17

Berkay Gezgin azadlığa buraxıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbs edilməsi ilə başlayan etirazlar zamanı həbs olunan 102 nəfər barəsində qərar verilib.

YeniMeydan.info xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilib ki, İstanbul 49-cu Asliye Cəza Məhkəməsi Saraçhane etirazlarına qatılan və həbs edilən 102 gəncin azadlığa buraxılmasına qərar verib.

Onlar arasında 2019-cu ildə seçki kampaniyası zamanı Əkrəm İmamoğluna “Hər şey çox gözəl olacaq, Əkrəm abi” deyə səslənməsi ilə tanınan Berkay Gezgin də olub.

Həmçinin təqsirləndirilən 25  şəxs haqqında məhkəmə nəzarəti qərarı da ləğv edilib.