05 aprel 2025
16
Rusiya-Ukrayna sülhünü qəbul etmək çətin olacaq - Fidan

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “Röyters”ə açıqlamasında deyib.
Fidan qeyd edib ki, Ankara atəşkəsə dair ABŞ-ın təklifini dəstəkləyir, lakin Kiyev və Moskva istənilən razılaşmadan hələ uzaqdır:
“İstənilən təklifi qəbul etmək son dərəcə çətin olacaq. Lakin digər variant – daha çox ölüm və dağıntı nəzərə alındıqda – düşünürəm ki, mövcud şərtlər daha məntiqli görünür”.
Fidanın sözlərinə görə, Avropa təkbaşına Ukraynaya təhlükəsizlik zəmanətləri verə bilməz, buna görə də hazırda Vaşinqtonu onun təhlükəsizliyinin təminatında iştirak etməyə məcbur etmək üçün böyük səylər göstərirlər.

Oxşar Xəbərlər:

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...

Fevralda hava necə olacaq? – AYLIQ PROQNOZ

Türkiyə Qərbin və Rusiyanın Ukrayna planını pozur:Kreml-Ankara münasibətləri kəskinləşir

Zəngəzur yolu “divlərə” qaldı? - NƏ BAŞ VERİR?

Ərdoğan Qərbə baxır. Putin neyləyəcək - GƏLİŞMƏ