02 aprel 2025
22
Bakı sakini yerə siqaret atdı, 300 manat CƏRİMƏLƏNDİ

Lakin vətəndaşların bu məsələdə məlumatsız olmaları onların yüksək məbləğdə cərimələnmələri ilə nəticələnir.
Məsələ ilə bağlı müraciət edən paytaxt sakini bildirib ki, qanuna dəyişiklikdən xəbərsiz olub, Yasamal rayonu ərazisində siqaret çəkib və siqaret kötüyünü yerə atıb. Bundan sonra polis əməkdaşları ona yaxınlaşıblar və protokol tərtib olunub, 300 manat cərimələnib.
Xatırladaq ki, qanuna əsasən eyni əməlin bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.

Oxşar Xəbərlər: