13 iyul 2023
124

 Müdafiə Nazirliyinin tenderi ləğv olundu - SƏBƏB

Müdafiə Nazirliyinin tenderi ləğv olundu
Müdafiə Nazirliyinin "Müdafiə Nazirliyi üçün rəqəmsal ekspertiza vasitələrinin satın alınması" tenderi ləğv olunub.

YeniMeydan.info FED.az-a istinadla xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Ləğv etmə mətnində malgöndərənin təqdim etdiyi ərizələrin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması göstərilir.

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.