17 iyun 2023
794

Müdafiə Nazirliyinin tenderi ləğv olundu - SƏBƏB

Müdafiə Nazirliyinin tenderi ləğv olundu
Müdafiə Nazirliyinin "Müdafiə Nazirliyi üçün idman geyimlərinin (idman geyimləri və geyimlərə aid digər vasitələr) satın alınması" tenderi ləğv olunub.

Yenimeydan.info   xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.