12 iyul 2023
143

Azərpambıq Aqrar Sənaye Kompleksinin tenderi - LƏĞV OLUNDU

Azərpambıq  Aqrar Sənaye Kompleksinin tenderi
Azərpambıq Aqrar Sənaye Kompleksinin "Kənd təsərrüfatı texnikaları, yük və minik avtomobillərinə müxtəlif ölçülü AKB satın alınması" tenderi ləğv olunub.

DİA.AZ FED.az-a istinadla xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Ətraflı

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.