24 mart 2025
105
Sərhədə PUA ilə narkotik atıldı - Video
Yenimeydan.info xəbər verir ki, bununla bağlı Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avtomobilin hərəkəti məhdudlaşdırılıb.
Abşeron rayonu, Saray qəsəbə sakinləri – 2000-ci il təvəllüdlü Qurbanov İlqar Nuhbala oğlu və 1985-ci il təvəllüdlü Məhərrəmov Nemət Mollağa oğlu şübhəli şəxs qismində saxlanılıb.
Nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 354 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran ərazisindən PUA vasitəsilə atılan narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar Xəbərlər:

Polis əməliyyat keçirdi – Silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlandı
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər
“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ
Sumı sakinləri artıq “ölüm zonasını” tərk edirlər - Düşmən gülləsi altında yaşam

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
