23 mart 2025
31
Hərbi Xidmətdə Olmayan Sədr, Şəhid Ailəsi İlə Şəkil Çəkdirdi! -FOTO
Əldə etdiyimiz məlumata əsasən Elnur Səfərlinin özü, ərazisi vaxtilə işğal altında olmuş Cəbrayıl rayonundan olmasına baxmayaraq, hərbi xidmətdə olmamışdır.
Nazirlikdə işə qəbul edilərkən sağlamlıq haqqında arayış təqdim edən və praktiki tam sağlam olan Elnur Səfərli, atasının hərbi komissar olmasından istifadə edərək hərbi xidmətdən yayınmışdır.
Daha öncə Milli Observatoriya, Elnur Səfərli tərəfindən Qarabağ müharibəsi veteranının işdən çıxarılması faktı ilə yadda qalmışdır.
Nəinki doğma rayonunun müdafiəsində iştirak etməmiş, hətta vətən qarşısında hərbi xidmət borcunu yerinə yetirməkdən yayınmış, rəhbərlik etdiyi qurumun kollektivi arasında “dezertir” ayaması ilə tanınan Elnur Səfərliyə, vətənpərvərlik mövzusu, şəhid ailəsi və qazilər, görünür ki, yalnız şəkil çəkdirmək üçün lazımdır.(xeberçiniz.biz)

Oxşar Xəbərlər:

ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı –33 illik dosent faktları açıqladı

“Erməni separatçılarının başını əzsək də, Bakıdakı düşmənlərimizə əsir düşdük” -II Qarabağ müharibəsi qazisindən Mehiban Əliyevaya ŞOK MÜRACİƏT

Hesablama Palatasının BDU-da aşkarladığı nöqsanlar açıqlanıb

Sahil Babayevin məmuru qaziyə zülm edib – ŞİKAYƏT

Prezident əfv sərəncamı imzaladı – SİYAHI