21 mart 2025
101

İsmayıllıda 5 uşaq atası intihar etdi


ismayillida-5-usaq-atasi-intihar-etdi

İsmayıllı rayonunda intihar hadisəsi baş verib. 
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 01 radələrində, rayonun İstisu kəndində qeydə alınıb. 
Belə ki, 1987-ci il təvvəllüdlü Sərvan Ramazan oğlu Laçınov yaşadığı evdə özünü asıb. 
Məlumata görə, onun 5 azyaşlı övladı var.