12 mart 2025
169

Azərbaycanlı şair və xanımı həbs edildi

  Həmədan əyalətinin Nəhavənd şəhərindən olan şair və ictimai fəal Əli Cahanian və onun həyat yoldaşı Firiştə Suriyə həbs cəzası verilib.Yenimeydan.info  Axar.az-a istinadən xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, Nəhavən şəhərinin İnqilab Məhkəməsi “hökumətə qarşı təbliğat” ittihamına görə onların hər birini 1 il azadlıqdan məhrum edib.
Bundan əvvəl onlara qarşı irəli sürülən “milli təhlükəsizliyə qarşı qrup yaratmaq” ittihamı isə ləğv olunub.