12 mart 2025
87
Agentlik tender keçirmədən Rəşad Həsənzadədən 114 minlik icarə götürdü
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi fiziki şəxs Həsənzadə Rəşad Elxan oğlu (VÖEN – 1007616502) ilə satınalma müqaviləsi imzalayıb.Yenimeydan.info yeniavaz.com -a istinadən xəbər verir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb.Müqaviləyə əsasən, Dövlət Agentliyi Həsənzadə Rəşad Elxan oğlundan ofis sahəsini icarəyə götürəcək və qarşılığında 114 min manat ödəyəcək.
Onu da bildirək ki, Dövlət Agentliyi ötən il ərzində də Rəşad Həsənzadə ilə 84 min və 31 min manat dəyərində 2 satınalma müqaviləsi imzalayıb.
Qeyd edək ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi direktoru Cavid Abdullayevdir.
Oxşar Xəbərlər:

Agentlik tender keçirmədən bu şəxsdən 114 minə ofis icarəyə götürdü

Dövlət Agentliyi Ləkəranda ofis axtarır – Ayda 4 060 manat ödəyəcək

Dövlət Agentliyinə 320 min manata icarəyə yer verən fiziki şəxs kollec direktorunun oğlu çıxdı
TƏBİB deputatın oğlundan anbar icarəyə götürdü – 1,2 milyon manata

Prezident əfv sərəncamı imzaladı – SİYAHI