12 mart 2025
65
Agentlik tender keçirmədən bu şəxsdən 114 minə ofis icarəyə götürdü

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi fiziki şəxs Həsənzadə Rəşad Elxan oğlu (VÖEN - 1007616502) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqaviləyə əsasən, Dövlət Agentliyi Həsənzadə Rəşad Elxan oğlundan ofis sahəsini icarəyə götürəcək və qarşılığında 114 min manat ödəyəcək.
Onu da bildirək ki, Dövlət Agentliyi ötən il ərzində də Rəşad Həsənzadə ilə 84 min və 31 min manat dəyərində 2 satınalma müqaviləsi imzalayıb.
Oxşar Xəbərlər:

Dövlət Agentliyi Ləkəranda ofis axtarır – Ayda 4 060 manat ödəyəcək

Dövlət Su Ehtiyatları Agentliyi tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı

İqtisadiyyat Nazirliyi 2,5 milyonluq tender udan 72 yaşlı qadına belə haqq qazandırır
TƏBİB deputatın oğlundan anbar icarəyə götürdü – 1,2 milyon manata

Prezident əfv sərəncamı imzaladı – SİYAHI