12 mart 2025
108
Deputatın oteli ilə bağlı böyük qalmaqal
Naxçıvan şəhərində yerləşən Təbriz Hotelin 40-dan çox işçisi əməkhaqlarının gecikdirilməsindən və rəhbərliyin onlara qarşı kobud münasibətindən şikayətçidir. Adlarının çəkilməsini istəməyən işçilər “Gündəlik Naxçıvan”a bildiriblər ki, rəhbərlik və sahibkar əməkhaqlarını vermir, haqqını tələb edənləri isə işdən çıxarmaqla hədələyir:
“İki aydır maaşımızı vermirlər. İstəyəndə “pul yoxdur” deyirlər, amma otel işləyir, qonaqlar qəbul olunur, yaxşı da qazanc əldə edirlər. Xadimələr və digər işçilər çətin vəziyyətdədir. Haqqımızı tələb edəndə isə bizi təhdid edirlər. Evə çörək aparmağa pulumuz yoxdur, bank borclarımız yığılıb. Səttar müəllim hoteldə tez-tez görünür, amma bizim onunla görüşməyimizə imkan vermirlər. O, vəziyyəti bilir, amma müdaxilə etmir”.
Hotel işçiləri Səttar Möhbalıyevə müraciət edərək maaşlarının dərhal ödənilməsini tələb edirlər.
Oxşar Xəbərlər:
Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Səttar Möhbalıyev həbs edilir? - Köçürülən milyonlar, hotelləri, müavini İlyas Əliyevin əmlakları, Qalib Qəribovun aylıq gəliri 500 min manat...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI