09 mart 2025
135
Bədəndə dəmir çatışmazlığının əlamətləri hansılardır?
“Dəmir çatışmazlığı dünyada ən çox rast gəlinən mineral çatışmazlığından biridir. Bədəndəki dəmirin çoxu hemoqlobində olur. Bədənimiz öz-özünə dəmir istehsal etmir, ona görə də onu qidadan almaq vacibdir”.Bunu Gazeta.ru-ya terapevt və kardioloq İrina Çekmaryova deyib.Onun sözlərinə görə, dəmir çatışmazlığının ilk və ən çox görülən əlaməti yorğunluqdur:
“Dəmir çatışmazlığının digər ümumi təzahürlərinə dəri və selikli qişaların solğunluğu daxildir. Saç və dırnaqların vəziyyətindəki dəyişikliklərə də diqqət yetirmək lazımdır. Dəmir çatışmazlığı saçın zəifləməsinə və dırnaqların sınmasına səbəb ola bilər. Daha bir simptom isə fiziki fəaliyyət zamanı nəfəs darlığı və sürətli ürək döyüntüsüdür”.
Oxşar Xəbərlər:

Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir - 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Səhər oyananda bunu etməyin - İnfarkt riskini 5 dəfə artırır

SİQARET VƏ SPİRTLİ İÇKİLƏRİN ZƏRƏRLƏRİ

Jurnalistin atası həkim səhlənkarlığından öldü: “Suyun içindəydi, dərmanları verilməmişdi”