06 mart 2025
97
“YouTube” bu saytların reklamını qadağan edir – QAYDA
“YouTube” onlayn qumar saytlarının təbliğatını məhdudlaşdıran yeni qaydalar tətbiq edib.
Yenimeydan.info xarici mediaya istinadla xəbər verir ki, platforma “Google” tərəfindən təsdiqlənməmiş qumar xidmətlərinin adının çəkilməsini, loqoların nümayişini və linklərin paylaşılmasını qadağan edir.
Şirkət bu addımın xüsusilə gənc izləyiciləri qorumaq üçün vacib olduğunu vurğulayıb.
Bununla belə, yeni qaydalar idman mərc saytlarını əhatə etmir. ESPN BET kimi idman mərc platformalarının sponsorluq müqavilələri təhlükəsiz qalır. “YouTube” eyni zamanda, qumarla bağlı bütün məzmunu yaş məhdudiyyəti ilə məhdudlaşdıracaq və istifadəçilərin yaşını süni intellekt vasitəsilə qiymətləndirəcək.
Qeyd edək ki, “Twitch” və “X” platformaları da oxşar məhdudiyyətlər tətbiq edib, lakin bəzi şirkətlər bu qaydaları aşmaq üçün alternativ yollar axtarmağa davam edirlər.

Oxşar Xəbərlər:

Bu sahələrdə işləyənlərin kütləvi surətdə işdən çıxarılacağı gözlənilir – SƏBƏB
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Müştərisi `Umico`nun reklamını İFŞA ETDİ - FOTOFAKT
Qumar oyunlarına görə “Topaz” məntəqələrinin sahibləri həbs edildi

Rəfail Mehralıyevin yeznəsi milyonları BELƏ XIRID EDİR..