03 mart 2025
107
Zəngəzur Milli Parkında 5 bəbir görüntülənib-FOTO
Zəngəzur Milli Parkında 5 bəbir görüntülənib.
Yenimeydan.info xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəsmi sosial hesabında Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında məskunlaşan 5 bəbirin görüntüsü paylaşılıb.
Paylaşımda deyilir:
"Məlumat verdiyimiz kimi, biz 2007-ci ildən başlayaraq ölkəmizdə foto və videotələlər vasitəsilə Bəbir (Panthera pardus) və onun qida obyektlərinin, rəqib növlərin monitorinqini aparırıq. İlk dəfədir ki, kameralarımıza 5 bəbir bir yerdə düşür. Onun dördünü yaxşı tanıyırsız - adını sizinlə birlikdə Banu qoyduğumuz ana bəbir və yanında 3 balasıdır. Beşinci fərd isə qonşu dövlətləri də gəzib gələn SC_026 kodlu bir erkəkdir".
Qeyd edək ki, layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İB ilə birgə həyata keçirilir.
Oxşar Xəbərlər:

Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov da meşələrin kəsilməsinə rəvac verir- İLGİNC/FOTO

Leyla və Arzu Əliyeva ağacəkmə aksiyasında – FOTOLAR
Ağstafada Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından qanunsuz ƏMƏL... - Boş sənədə imza atıldı

İşdən azad edilən Əhəd Abıyevin inanılmaz ailə sərvəti – Siyahı

Prezident əfv sərəncamı imzaladı – SİYAHI