27 fevral 2025
111

OBA-da partlayış olub -xəsarət alanlar var


Bu gün səhər saat 06:45 radələrində "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib.
Yenimeydan.info : Bu barədə marketlər şəbəkəsi məlumat yayıb:
"İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir. Hadisə nəticəsində "OBA"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. Hazırda hadisənin təfərrüatları araşdırılır. Daha ətraflı məlumat veriləcək", - məlumatda deyilir.