25 fevral 2025
122

Almaniya 200 milyard avroluq Müdafiə Fondu yaratmağı düşünür

 
Almaniya büdcəsi 200 milyard avro təşkil edəcək Müdafiə Fondunun yaradılmasını nəzərdən keçirir.
Yenimeydan.info  xəbər verir ki, bu barədə məlumatı “Bloomberg“ yayıb.
Fondda toplanacaq vəsait ölkənin müdafiə xərclərinin artırılmasına yönəldiləcək.
O da bildirilib ki, yaxın vaxtlarda kansler vəzifəsinin icrasına başlayacaq Fridrix Merts layihənin tez bir vaxtda təsdiqlənməsi üçün müzakirələrə başlayıb.
Sözügedən maliyyə qurumuna toplanan vəsait həm də Ukraynaya dəstək məqsədilə istifadə olunacaq.