24 fevral 2025
73
Eyvazov onları Şirvan və Qaradağa rəis göndərdi
Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.Yenimeydan.info Teleqraf-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Füzuli Əhmədov Qaradağ Rayon Polis İdarəsinə, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev isə Şirvan Şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.


