30 iyun 2023
244

Vilayət Eyvazovdan Binəqədiyə yeni təyinat - ƏMR

Vilayət Eyvazovdan Binəqədiyə yeni təyinat
Binəqədi rayon Polis İdarəsinə əməliyyat üzrə rəis müavini təyin olunub.

Yenimeydan.info  xəbər verir kibununla bağlı daxili işlər naziri, general polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Ceyhun Qurbanov Binəqədi rayon Polis İdarəsinə əməliyyat üzrə rəis müavini təyin olunub.

Ceyhun Qurbanov bu təyinatadək Qəbələ rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini vəzifəsində çalışıb.