23 fevral 2025
87
İcra hakimiyyəti sahibkara niyə zülm edir? - VİDEO
Astara rayon sakini Fariz adlı iş adamı iddia edir ki, Lənkəran rayonu Parakənd kəndində istixana qurub.Ölkədə maddi bolluq yaratmaq və yeni iş yerii açmaq isdəyən sahibkara icra hakimiyyəti maneəçilik törədir.Onun istixanasını İcra Hakimiyyətinin və FHN-nin Lənkaran rayon şöbəsinin rəisi Ağababa adlı şəxsin göstərişi ilə dağıdıblar. Vətəndaş iddia edir ki, Lənkəran Rayon İcra Hakimiyyətinin baş memarı Mahir Axundov ondan 40 min manat rüşvət istəyib. Vermədiyinə görə də ona qarşı qərəzli münasibət göstərilib.Şİkayətçi sosial şəbəkələrdə yaydığı müraciətində ölkə rəhbərindən kömək isdəməklə bərabər bildirib ki, ərazi ilə bağlı məhkəməyə mürciət edilib. Lakin məhkəmə qərarını gözləmədən Lənkəran İcra Hakimiyyəti xüsusi texnika yollayaraq iş adamına məxsus istixananı dağıdıb.10 nəfərdən artıq isdixanada işdəyən kənd sakini də işsiz qalıb.Söküntidə fəallıq edən əsas şəxslərdən biri də FHN-nin Lənkaran rayon şöbəsinin rəisi Ağababa adlı şəxsdir.Nəticədə iş adamına ciddi maddi ziyan dəyib.Dövlətə meydan oxuyan və qanunlarımızı heçə sayan bu şəxslər görəsən kimə güvənir? Yeri gəlmişkən vətəndaş iddia edir ki, əlində ərazinin ona məxsus olduğunu sübut edən mülkiyyət sənədi ("kupça") var.Torpaq kənd təsərrüfatı təyinatlıdir.
İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Astara sakini olan iş adamının sosial şəbəkələrdə yayılan video müraciətini təqdim edirik:
Mediatv.az

