22 fevral 2025
95

Bəhruz Əsgərov vəzifəsindən azad edildi

behruz-esgerov-vezifesinden-azad-edildi

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Yenimeydan.info  xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bəhruz Əsgərov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.Qeyd edək ki, Bəhruz Əsgərov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 16.06.2009-cu il tarixli Fərmanına əsasən “Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti”nə baş direktor təyin olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 14.02.2018-ci il tarixli Fərmanı ilə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 17.11.2023-cü il tarixli Fərmanı ilə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilib.