19 fevral 2025
113
Tramp: Maskın maraqlar toqquşması ola biləcəyi layihələrdə iştirakına icazə verilməyəcək
ABŞ Prezidenti Donald Tramp Hökumətin Fəaliyyətinin Səmərəliliyi Departamentinə nəzarət edən İlon Maskın maraqlarının toqquşması ola biləcəyi dövlət layihələrində, o cümlədən kosmik inkişaf sahəsində iştirakına icazə verməyəcəyini bildirib.
Yenimeydan.info -un məlumatına görə, bunu Amerika lideri yeni fərmanlarını imzalayarkən jurnalistlərin suallarını cavablandıranda deyib.
“Mən heç bir maraq toqquşmasına yol verməyəcəyəm”, - Tramp bildirib.
"Mən İlona dedim: hər hansı münaqişələr - sizin bununla heç bir əlaqəniz ola bilməz. Beləliklə, buna təsir edən hər şey (maraqlar toqquşması - red.), bəlkə də kosmosa, biz İlonun orada iştirakına icazə verməyəcəyik", - Ağ Evin rəhbəri əlavə edib.
Oxşar Xəbərlər:

Tramp-Xamenei dialoqu alınacaqmı? -Vaşinqtonun jesti, Tehranın mesajı bu ehtimalı yüksəldir
Tramp bunu dəstəkləyir: Azərbaycanda maraq artacaq - İLGİNC...
Bayden Trampı “erməni təxribatı” ilə vurur:Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək

Biznesmenlər bürokratiyaya qarşı:“Tramp Maska vəzifə verməklə...”

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO