18 fevral 2025
151
İcra başçısı Rəcəb Babaşovun oğlunun yeni avtomobili - Yarımmilyon manatlıq "Range Rover" /VİDEO
Bahalı avtomobilləri ilə gündəm olan E.Babaşzadənin yeni "Range Rover"i nömrəsi ilə də diqqət çəkib. - 77-RR-777...
Xatırladaq ki, Qazax Rayon İcra başçısı Rəcəb Babaşov Elşən Babaşzadə 275 min dollar (450 min manat) dəyərində olan “Mercedes Benz G-63 AMG” markalı avtomobili, həm də özünün 99 FF 099 dövlət nömrə nişanlı 250 min manatlıq “Rang Rover”i ilə medianın gündəminə düşmüşdü.
Həmçinin ötən illərdə Elşən Babaşzadə 275 min dollar (450 min manat) dəyərində olan avtomobilinə dövlət nömrə nişanı almaqla gündəm olmuşdu.
Bildirilib ki, E.Babaşzadə “Mersedes Benz G-63 AMG” markalı maşının 10 LL 077 nömrə nişanını 77 LL 077 ilə əvəzləyib. 77 LL 077 Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb.
İcra Hakimiyyətindən bununla bağlı münasibət öyrənməyə çalışsaq da, mümkün olmayıb.
PS: Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
(32gün.az)
Oxşar Xəbərlər:
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

ADSEA-nın Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı?

İcra başçısının oğlu yarım milyonluq maşınına yeni nömrə aldı - FOTOLAR

ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -TƏFƏRRÜAT+VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
