14 fevral 2025
103
Məhkəmə AXCP fəalı ilə bağlı qərar çıxardı
Ali Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) dələduzluqda təqsirləndirilən fəalı Elxan Əliyev və onunla birgə ittiham olunan Vəfadar Aslanov və Yusif Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Əliyev 5 il azadlıqdan məhrum edilib, Vəfadar Aslanov və Yusif Əliyev isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 5 il şərti olaraq azadlıqdan məhrum ediliblər. Həbsdə olan Vəfadar Aslanov dərhal məhkəmə zalından azadlığa buraxılıb, ev dustaqlığında olan Yusif Əliyevin qətimkan tədbiri isə şərti cəza ilə əvəz olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına görə onların şikayəti təmin edilməyib.
Qeyd: Onların barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.
Cinayət işi vətəndaş Ramo Şükürovun şikayəti əsasında açılıb. Belə ki, müttəhimlər Bakının Nardaran qəsəbəsində mülkiyyət hüququna dair sənədi olmayan torpaq sahəsini ona 57 min manata sataraq dələduzluq ediblər.
Oxşar Xəbərlər:

Hakim Ülviyyə Şükürovanın YEKUN MƏHKƏMƏ AKTI: AR CPM-nin 293.1. və 293.3.7 maddələri –HA-HA-HA SAVADSIZLIQ, YOXSA SAXTAKARLIQ?!

Qusarın yeni millət vəkili Rəşad Aslanov olacaq…..-Düztahir kəndinin sakinləri…-Video-Foto

Nəcməddin Sadıkov və Dəyanət Quliyevə ittiham – 24 milyonluq mənimsəmə…

“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..

Prezident əfv sərəncamı imzaladı – SİYAHI