14 fevral 2025
101

Gəncədə kişi arvadının qulağını kəsmək istədi

Gəncə sakininin qulağından bıçaq xəsarəti almasının bəzi təfərrüatları məlum olub.APA-nın yerli bürosunun məlumatına görə xəsarət alan Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü G. Allahverdiyevanın həyat yoldaşı sərxoş vəziyyətdə ona bıçaqla xəsarət yetirib.
Məlumata görə G. Allahverdiyeva hadisəni törədən şəxsin 3-cü həyat yoldaşdır.
Qeyd edək ki, hadisə Gəncə şəhəri ilə Göygöl rayonunun Üçtəpə kəndinin kəsişməsində baş verib.
İlkin məlumta görə G. Allahverdiyevanın həyat yoldaşı polis tərəfindən saxlanıb.
Faktla bağlı araşdırma aparılır
***