13 fevral 2025
138

Qoşqar Təhməzlinin təsisçisi olduğu şirkət nazirliyin tenderini uddu

 Səhiyyə Nazirliyi "Medeks" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Qaynarinfo-nun məlumatına görə, şirkət nazirliyin laboratoriya avadanlığının və reagentlərin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
 
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 114 870 manatdır. 

Nazirlik bu məbləğə 3 ədəd hematalogi analizator, 3 ədəd sentrifuqa və 39 dəst qan sayım cihazı almağı planlaşdırır. 

"Medeks" şirkəti 2006-cı ildə təsis edilib. Şirkətin təsisçisi 2017-ci ildən Qida Təhlküəsizliyi Agentliyinə (AQTA) rəhbərlik edən Qoşqar Təhməzlidir. O, 2008-2016-cı illərdə şirkətin direktoru vəzifəsində çalışıb. Hazırda şirkətə Elşən Yusif oğlu Abbasov rəhbərlik edir. "Medeks" MMC-nin nizamnamə kapitalı 1000 manatdır.