05 fevral 2025
136
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Cavad Zeynalov adlı vətəndaş biznesmen Emin bəyin rəhbərlik etdiyi restoranlar şəbəkəsindən pulunu ala bilmədiyini iddia edib.Yenimeydan.info APA TV-yə istinadən xəbər verir ki, o, bir ildən çox əməkdaşlıq etdiyi müəssisələrin ona borclu olduğunu, lakin 2 min manat məbləğin hələ də ödənmədiyini bildirib.
Cavad Zeynalov qeyd edib ki, onun müraciətlərinə baxmayaraq, yalnız vədlər alıb. O, hətta iş adamının müğənni Vəfa Şərifovanın ad gününə tort göndərdiyini iddia edib, lakin öz əlil uşağının haqqını ala bilmədiyini vurğulayıb.
Emin bəyin nümayəndəsi Ramal İsayev isə şikayətçinin müraciəti ilə danışıldığını və ödənişin ediləcəyini bildirib.
Qeyd edək ki, sözügedən biznesmen “Pak Dad”, “Balbadəm” “Qarabağ” və s. restoranların sahibidir.
Oxşar Xəbərlər:

DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ...
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI

General-mayorun qızına məxsus şirkət iş adamına 100 min manat ziyan vurub

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat