04 fevral 2025
78
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.
Təlim toplanışının əsas məqsədi hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Oxşar Xəbərlər:

Müdafiə Nazirliyi hərbi vəzifəlilərlə bağlı məlumaat yaydı – VİDEO
Hesablama Palatasının BDU-da aşkarladığı nöqsanlar açıqlanıb
Dövlət zəmanəti ilə alınmış borclar: pulu kim ödəyəcək? - ARAŞDIRMA
“Direktorların təyinatı məsələsinə yenidən baxılmalıdır” - ÇAĞIRIŞ

Azərbaycan Ordusu məşq keçir, ponton-körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir