03 fevral 2025
114
AYNA rəhbərliyi jurnalistlərə trolluq təklif edib? — Aybəniz İsmaylova ilə bağlı ŞOK İDDİA
“Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin müdiri Aybəniz İsmaylovanın haqqında yeni iddialar ortaya çıxıb.Veteninfo.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Aybəniz İsmaylova bu yaxınlarda Azərbaycanın tanınmış jurnalistlərini “Port Baku”ya dəvət edərək, onlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) PR işinin qurulmasında trolluq fəaliyyəti təklif edib.
İddialara görə, Aybəniz İsmaylova bu xidmətin qarşılığında həmin jurnalistlərə yüksək qonorar veriləcəyini vəd edib.
O, bu işlərin görülməsi üçün AYNA rəhbərliyinin də razılığını aldığını söyləyib.
Ancaq söhbət zamanı jurnalistlərdən bir neçəsi Aybəniz İsmaylovanın bu təklifinə etiraz edərək, görüşü yarımçıq tərk ediblər.
Vətəninfo.az xəbər verir ki, Demokrat.az-ın etibarlı mənbədən əldə məlumata görə, Aybəniz İsmaylova “Azərbaycan Dəmir Yolları” QSC ilə yanaşı, AYNA və “Bakı Metropoliteni” QSC-nin də PR-la bağlı tenderlərini ələ keçirməyə çalışırmış.
Oxşar Xəbərlər:
İlham Rəhimovla Rəbiyyət Aslanovanın evliliyi niyə cəmi 6 ay sürdü?
Yeni supernazirlik: AZCON-un məqsədi nədir? - ŞƏRH

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi monopoliya yaradır — İş adamından SENSASİON AÇIQLAMALAR…